3 fevral 2013 19:52
“Çalışacağıq ki, Lixtenşteynlə oyunda qələbə qazanaq”
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçən Azərbaycan milli komandasının müdafiəçisi Rasim Ramaldanov hazırlıqla bağlı fikirlərini bldirib. Azerisport.az xəbər verir ki, “Simurq”un üzvü bunları dilə gətirib
“Toplanış plana uyğun davam edir. Gündə iki dəfə məşq keçirik. Hazırlıq çərçivəsində artıq yoxlama oyunu keçirmişik. Özbəkistan milli komandası ilə qolsuz heç-heçə oynadıq. Pis nəticə olmadığını düşünürəm. Qarşıda bizi Lixteynşteyn millisi ilə oyun gözləyir. Çalışacağıq ki, həmin oyunda qələbə qazanaq”.
