3 fevral 2013 20:14
Vaqif Cavadov: Lüksemburq ilə səfər oyununa 3 xal dalınca gedəcəyik
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçən Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov hazırlıqla bağlı fikirlərini bldirib. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın üzvü bunları dilə gətirib
“Milli komandaya yeni oyunçular dəvət olunub. Bu təlim-məşq toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına hazırlaşmaqdır. Həm klublarımızda, həm də milli komandanın toplanışlarında yaxşı hazırlıq keçməyimiz müsbət təsirini göstərəcək. Milli komandada futbolçular həmişə bir yerdə olmurlar. Ay ərzində bir dəfə toplaşırıq. Ona görə bu cür təlim-məşq toplanışları lazımdır. Dediyim kimi, mart ayında bizi səfərdə Lüksemburq yığması ilə vacib oyun gözləyir. Səfərə ancaq 3 xal dalınca gedəcəyik. İnanırıq ki, burda yaxşı hazırlaşıb Lüksemburda sərfəli nəticə qazanacağıq”.
