3 fevral 2013 20:53
Turan yoxlama oyununda qalib gəldi
Gəncənin “Tərəqqi” klubu bu gün yoxlama oyununda Tovuzda “Turan”ın qonağı olub. Azerisport.az xəbər verir ki, mingəçevirli hakimlər briqadasının idarə etdiyi oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.
Tovuzlular ilk yarıda vurduqları qolla oyunun nəticəsini öz xeyrlərinə həll ediblər. Aşağı divizion təmsilçinin futbolçularının isə görüş ərzində qapıya doğru son zərbələrdə qeyri-dəqiqliyi fərqlənmək istəyinə əngəl olub.
