4 fevral 2013 01:20
Afrika Millətlər Kuboku: Son yarımfinalçılar bəlli oldu
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin növbəti oyun günündə 1/4 final mərhələsi çərçivəsində son iki oyun baş tutub.
Öncə Fil Dişi Sahili Nigeriya ilə qarşılaşıb. Görüş nigeriyalıların qələbəsi ilə başa çatıb. Beləcə, bu komanda növbəti yarımfinalçı olub.
Günün digər oyununda isə Burkina Faso Toqo ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Lakin əlavə vaxtda Burkina Faso bir qol vuraraq, növbəti mərhələyə çıxıb.
Qeyd edək ki, bu mərhələnin digər oyunlarında Qana və Mali qələbə qazanaraq, yarımfinala vəsiqə qazanmışdılar.
Afrika Millətlər Kuboku
1/4 final
3 fevral
Fil Dişi Sahili – Nigeriya – 1:2
Qollar: Tiote, 50 – Emenike, 43, Mba, 78.
Burkina Faso – Toqo – 1:0
Qol: Pitroipa, 105.
