3 fevral 2013 13:45

Qəbələ beş futbolçu ilə müqavilə imzaladı (FOTO)

Hazırlıqlarının Antalya mərhələsini tamamlayaraq vətənə dönən  “Qəbələ” heyətini 5 futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, bir müddətdi komandanın düşərgəsində baxışda olan Amit Quluzadə, Luka Jinko, İfeanye Emeqara, Mustafa Dabo və Kristian Pulhak rəsmən “qırmızı-qaralar”ın sıralarına qatılıb.
 
Amit Quluzadə
 
1992-ci ildə Bakıda anadan olan Amit peşəkar futbolçu karyerasına “Neftçi”də başlayıb.  2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin “Kayseri Erciyesspor” klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi “Rəvan”da top qovub. Yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
 
Luka Jinko
 
1983-cü ildə Sloveniyada anadan olan Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə “Smartno” klubunda start verib. Karyerası boyunca “İstres” (Fransa), “Bela Krayina”, “Domjale”, “Rudar Valenye” (hamısı Sloveniya), “Kocaelispor” (Türkiyə), “Alki”, “APOP Kinyras” kimi klublarda top qovan futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib. 
 
İfeanye Emeqara
 
Emeqara 1984-cü ildə Nigeriyada anadan olub. Peşəkar futbolçu karyerasına Avropada başlayan müdafiəçinin ilk klubu Serbiya “Partizan”ı olub. İki mövsüm – 2004-2005, 2005-2006 müvsümlərində sözügedən ölkədə top qovan Emeqara 2006-cı ildən 2012-ci ilin sonunadək Ruminiya klublarının – “Poli Timişuara” (2006-2007) və “Styaua”nın (2007-2012) şərəfini qoruyub.  Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Mustafa Dabo
 
1986-cı ildə Seneqalda anadan olan futbolçu karyerası boyunca “Sion”, “Servett”, “Sent-Qallen”, “İverdon”, “Aarau” (hamısı İsveçrə), “Əl Sailiyə” (Qətər), “İttihad Kalba” (Birləşmiş Ərəb Əmirlikləri) top qovub. Dabonun “Qəbələ”dən öncəki klubu isə Litvanın “Spartak” komandası olub. Hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
 
Kristian Pulhak
 
1984-cü ildə Rumuniyada anadan olan Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - “Dinamo” Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın “Herkules” klubunda icarə əsasında top qovub. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Yaxın günlərdə “Qəbələ” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək. Serbiyalı futbolçu Nikola Valentiç tibbi  müayinədən sonra rəsmən “Qəbələ”li olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.