3 fevral 2013 14:02

Manuel Bleda: Sadıqov İspaniyada oynaya bilər

“Qarabağ”ın baxışa çağırdığı ispaniyalı hücumçu Manuel Bleda azerisport.az saytına müsahibəsində komandada qalmaq şanslarından danışıb, eləcə də digər sualları cavablandırıb.
 
- Artıq bir neçə gündü “Qarabağ”ın düşərgəsindəsiz. Təəssüratlarınız?
- Komandada çox gözəl atmosfer var. “Qarabağ”ın sərgilədiyi oyun da çox xoşuma gəlir. Hər şeydən razıyam.
 
- Çıxdığınız üç yoxlama matçında iki qol vurdunuz. Öz çıxışınızı necə qiymətləndirə bilərsiz?
- Məşq edirəm, oynayıram. Çalışıram ki, özümü yaxşı tərəfdən göstərim. Mənim oyunumu məşqçilər korpusu daha yaxşı dəyərləndirə bilər.
 
- Bu, sizin üçün maksimum həddi, ya bundan da yaxşı çıxış edə bilərsiz?
- İndikindən daha yaxşı oynaya bilərəm. Əgər komandada qalsam, bunu isbatlamaq imkanım olacaq.
 
- Azərbaycanlılara oxşadığınızdan xəbəriniz var?
- Düşünmürəm (gülür). Amma siz ispanlara oxşayırsız.
 
- İspaniyada hansı komandaya azarkeşlik edirsiz?
- Mən Sevilyadanam və “Betis”ə azarkeşlik edirəm.
 
- “Betis”də vaxtilə Vəli Qasımov oynayıb. Onu tanıyırsız?
- Təəssüf ki, yox. O, bu komandada çıxış edəndə mən çox balaca idim.
 
- Artıq “Qarabağ”ın futbolçularını az-çox tanıyırsız. İspaniya Primerosu səviyyəsində futbolçu var?
- Mənə elə gəlir ki, hə, belə uşaqlar var. Səviyyələri buna imkan verir.
 
- Kapitan Rəşad Sadıqov vaxtilə “Valladolid”də baxışda olmuşdu...
- O, yaxşı müdafiəçidi. “Valladolid” də “Qarabağ” kimi ötürmələrlə oynamağı sevən komandadı. O, İspaniyada oynaya bilər.
 
- Azərbaycan İspaniyada daha çox Madrid “Atletico”sunun formalarındakı reklamla tanındı...
- Bəli, bunun çox böyük təsiri oldu. Mən baxışa gələndə artıq məndən heç kim Azərbaycan haqda soruşmurdu.
 
- Azərbaycanın digər klubu – “Xəzər Lənkəran” da iki ispaniyalı futbolçu ilə güclənib: Alvaro Silva, Antonio Doblas...
- Bilirəm. Alvaro ilə Antalyaya bir yerdə gəldik. İspanlar Avropanın müxtəlif çempionatlarında çıxış edirlər. Azərbaycan da bu siyahıda istisna deyil.
 
- Kimi İspaniyanın ən yaxşı futbolçusu hesab edirsiz?
- Müzakirəsiz, Andres İnyesta! Hücumçular arasında isə Raul. O, mənim idealımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.