3 fevral 2013 19:10
İnter Polşa klubuna divan tutdu (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “İnter” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün beşinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər” bu dəfə Polşanın “Poloniya” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "bankirlər"in böyük hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Kaxaber Tsxadadzenin yetirmələri Antalyadakı ilk matçında Almaniya təmsilçisi “Aalen” ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Növbəti görüşdə isə Almaniyanın “Ingolstadt” klubu “bankirlər”i 3:1 hesabıyla məğlub etmişdi. Ukraynanın “Metallurg” (Zaporojye) klubu ilə duel də qolsuz başa çatmışdı. “Bankirlər” Qazaxıstanın “Ordabası” klubuna isə 2:0 hesabı ilə qalib gəlmişdilər.
Yoxlama oyunu
3 fevral
İNTER – POLONİYA - 3:0
Qollar: Fomenko, 66 (1:0), 84 (3:0), Genov, 82 (2:0)
