3 fevral 2013 14:35
Roma Zdenek Zemanı istefaya göndərdi
İtaliyanın “Roma” klubu baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Çexiya əsilli italiyalı mütəxəssis Zdenek Zemana qapını göstərib.
Buna səbəb komandanın son oyunlarda ardıcıl uğursuzluqlarla üzləşməsi olub. Klub rəhbərliyi çıxış yolu kimi yalnız Zemanla yolların ayırmaq olduğunu açıqlayıb.
Komandanı müvəqqəti olaraq köməkçi məşqçilərdən Aurelio Andreadzoli çalışdıracaq. Amma yaxın günlərdə “Roma”ın özünə yeni baş məşqçi tapması gözlənilir.
