3 fevral 2013 16:07
Millimizin üzvü Hannoverin əsas heyətinə cəlb olunmağa başladı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir artıq Almaniyanın “Hannover” klubunun əsas komandasının heyətinə cəlb olunur. Azerisport.az xəbər verir ki, onun adı komandasının Bundesliqanın 20-ci turu çərçivəsində “Werder”ə qarşı oyunu üçün açıqlanan iştirak ərizəsinə də daxil edilib.
Lakin yığmamızın üzvü bu görüşü ehtiayatdan izləyib. Komandası isə 0:2 hesablı məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, “Hannover” hazırda 26 xalla 11-ci pillədə qərarlaşıb. Gökdəmirin buna qədər daha çox “Hannover”in ikinci komandasında çıxış etdiyini də xatırladaq.
