3 fevral 2013 16:12

“İnter birinci pillədəki yeri qoruyub saxlaya bilər”

Azerisport.az sizi “İnter”in direktoru Natiq Məmmədovun müsahibəsi ilə tanış edir.
 
- Komanda Türkiyədəki təlim-məşq toplanışını artıq başa çatdırır. Hazırlığın gedişi barədə nə deyə bilərdiniz?
- Bütün bu vaxt ərzində məşq prosesini izlədim və deyə bilərəm ki, komanda böyük iş yerinə yetirdi. Futbolçular çox yaxşı çalışdılar. Bu toplanışlar mühüm əhəmiyyət kəsb edir, bunların nəticəsini mövsümün ikinci hissəsində mütləq görəcəyik.
 
- Toplanış çərçivəsində komanda 4 yoxlama matçı keçirdi, bu gün isə daha bir oyun baş tutacaq. Bu matçlarda “İnter” necə təsir bağışladı?
- Belə oyunlar ilk növbədə oyun praktikasının saxlanması, həmçinin heyətin variasiyası və komanda oynununun təşkili, xətlər arasında əlaqələrin yaxşılaşdırılması üçün lazımdı. Bununla belə, hesab edirəm ki, bu qarşılaşmalarda “İnter” özünü kifayət qədər yaxşı tərəfdən göstərdi. Biz alman klublarına heç nədə uduzmadıq, Zaporojye “Metallurq”uyla keçirilən oyun barədə də eyni sözləri deyə bilərəm. “Ordabası” ilə oyunda biz rəqibi məğlub etdik. Xoşdu ki, gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərirlər. Onlar Azərbaycan futbolunun gələcəyidi və bizim klubda gənc oyunçulara xüsusi diqqət verilir.
 
- Komandanın hazırlığı üçün yaradılmış şəraitdən razı qaldınız?
- Deyə bilərəm ki, burada təşkilat yüksək səviyyədədi. Komandanın hazırlığı üçün lazımi şərait yaradıldı. Sərəncamımızda futbol meydançaları, trenajor zalı və futbolçuların sürətli bərpası üçün zəruri şərait var. Klubun rəhbərliyi komandanı zəruri şəraitlə təmin etdi.
 
- Bundan başqa, zədə üzündən uzun zamandı komandadan ayrı düşən Petar Zlatinov və Georgi Adamiya da artıq “İnter”in düşərgəsindədi.
- Bu oyunçuların komandaya qayıtmaları bizi sevindirir. Onlar kifayət qədər təcrübəli futbolçulardı və mövsümün ikinci hissəsində bizə kömək etməlidilər. Biz daha bir forvard transfer etmişik – Yuri Fomenko komandanın hücum gücünü artırmalıdı.
 
- Mövsümün ikinci hissəsində komandanı çox çətin oyunlar gözləyir. Sizcə, “İnter” birinci yeri qoruyub saxlaya və 3-cü dəfə çempion titulunu qazana biləcək?
- Bunun üçün bizim potensialımız var: savadlı məşqçilər korpusu, yaxşı futbolçu heyəti və oyun tərzi. Düşünürəm ki, “İnter” birinci yeri qoruyub saxlaya bilər. Aydındı ki, mövsümün ikinci hissəsi daha kompromissiz olacaq, ancaq məncə, biz bu tempi saxlaya bilərik. Çempionatın ilk hissəsində komandamız öz potensialını göstərdi, bizə məqsədimizə doğru irəliləmək və lazım olan xalları qazanmaq lazımdı. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.