3 fevral 2013 16:36

Slavço Goergiyevski: İnteri 16 derbi gözləyir

“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Goergiyevski azerisport.az saytına müsahibəsində komandasının hazırlıqlarını dəyərləndirib, digər sualları cavablandırıb.
 
- “İnter” nəhayət ki, Qazaxıstanın “Ordabası” klubu ilə oyunda ilk qələbəsini qazandı. Oyunu necə şərh edərdiniz?
- Oyundan öncə baş məşqçi ilə söhbətimiz olmuşdu. O, psixoloji və fiziki yorğunluq fonunda meydanda necə hərəkət etmək lazım olduğunu bizə başa salmışdı. Toparlandıq, baş məşqçinin bütün tələblərini yerinə yetirməyə çalışdıq və qələbə qazandıq.
 
- Bu oyunda sınaqdan keçirilən Momar Ndiaye xoşunuza gəldi?
- Onun haqqında fikir yürütmək mənə çətindi. Axı mən də eyni vaxtda meydanda idim. Yəqin ki, bunu kənardan izləyənlər daha dəqiq deyə bilərlər. Həm də bizim baş məşqçimiz var. O, hər şeyi daha yaxşı görür.
 
- Bütövlükdə, toplanışı necə qiymətləndirə bilərsiz?
- Fikrimcə, iki həftəlik toplanış və çalışmalar oyun keyfiyyətlərimizi yaxşılaşdırmağa faydalı oldu. Biz bunun bəhrəsini “Ordabası” ilə oyunda da gördük. Ümid edirəm ki, çempionat oyunlarında da qələbələrimizin davamı gələcək.

- “İnter”i çempionata hazır saymaq olar?
- 100 faiz hazır olduğumuzu deyə bilmərəm. Son üç gündə yüngül rejimdə məşq edirik. Fikrimcə, bundan sonra daha da artıracağıq. “İnter”in necə oynadığını hamı bilir. Əgər konsentrasiya yüksək səviyyədə olsa, səhvlərimiz bir o qədər az olacaq.
 
- “İnter”in indidən altılıq çərçivəsindəki oyunlara hazırlaşdığını demək olar?
- Bütün komandalar bu görüşlərin startını səbrsizliklə gözləyir. Amma bundan öncə hələ ilkin mərhələdən qalan dörd oyunumuz da var. Əgər iki kubok qarşılaşmasını da nəzərə alsaq, o zaman “İnter”i 16 derbi gözləyir.
 
- Çoxları bu mövsüm çempionluq uğrunda mübarizənin üç klub – “İnter”, “Neftçi” və “Qarabağ” arasında gedəcəyini düşünür. Razısız?
- Bu mövsüm komandalar arasında elə də ciddi fərq yoxdu. Görürəm ki, rəqiblərimiz də heyətlərini gücləndirirlər. Ona görə də çempionluq uğrunda mübarizənin yalnız üç klub arasında keçəcəyini düşünmürəm. “Qəbələ” və “Simurq” da bu mövsüm çox iddialıdı. Mənə elə gəlir ki, çempionluğu hamıdan az səhvə yol verən komanda əldə edəcək. Hamıya uğurlar arzulayıram. Amma qoy çempionluğu biz bayram edən məhz biz olaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.