4 fevral 2013 17:24

Ramiz Məmmədov: Yayda Qəbələyə qazaxıstanlı futbolçular dəvət edəcəm

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmədov Qazaxıstan mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Qazaxıstandan qayıdandan sonra nə işlə məşğul olursuz?
- Ondan sonra mən İranın yüksək liqasında çıxış edən bir klubdan təklif aldım. Amma şərtlərlə bağlı razılığa gələ bilmədiyimizdən, ora getməkdən imtina etdim. Daha sonra isə “Qəbələ”nin sükanı arxasına keçmək imkanı yarandı və mən bunu müsbət dəyərləndirdim.
 
- Sizin Qazaxıstan karyeranız niyə alınmadı?
- “Atırau”da mənə dörd yeni transferi sözü verilsə də, rəhbərlik sözünü tutmadı. Bu azmış kimi, Colçiyevi də “Tobol”a satdılar. Hansı ki, o, limiti doldurmaq üçün yeganə futbolçumuz idi.
 
- Həmin futbolçu məhz sizin rəhbərliyiniz altında parladı...
- Mən Baurjanı görən kimi klub rəsmilərinə demişdim ki, bu futbolçu yığmanın oyunçusu olacaq və Avropa çempionatlarından birində top qovmalıdı. Onu öz komandamda da görməkdən şad olardım.
 
- Qazaxıstanda sizin üçün hansısa əlavə çətinliklər var idi?
- Qazaxıstanda özümü evimdəki kimi hiss edirdim. Ölkənizə alışmışdım. Sadəcə, klubda maliyyə problemləri var idi, futbolçuların maaşları gecikirdi. Amma peşəkarlıq baxımından mənə tam sərbəstlik verilmişdi.

 
- Azərbaycan və Qazaxıstan çempionatlarını müqayisə edə bilərsiz?
- Azərbaycan klubları heyətlərinə qatdığı legionerlərin səviyyəsinə görə daha güclüdülər. Düzdü, Qazaxıstanda da texniki və fiziki cəhətdən güclü futbolçular var. Onları komandamda da görmək istərdim. Hətta onu da deyim ki, bəzi qazaxıstanlı futbolçuları yaxından izləyirəm və onları yayda “Qəbələ”yə dəvət etmək istəyirəm.

 
- Konkret kimləri nəzərdə tutursuz?
- Smakov, Colçiyev, Jumaskaliyev, Xayrullin, Kukeyev və başqa futbolçular xoşuma gəlir. Mənim baş məşqçi kimi işim futbolçuları bəyənmək, onları hazırlamaq, oyunlara çıxarmaqdı. Maliyyə tərəfi ilə də klub rəhbərliyi məşğul olur.
 
- Komandanızın bu mövsüm medal qazanmaq şansı var?
- Mən komandaya gələndən sonra 21 xal toplamışıq və beşinci pilləyə qədər irəliləmişik. Şans var. Çalışacağıq ki, ilk üç klub arasında yer alaq.
 
- Qazaxıstan çempionatını izləyə bilirsiz?
- Demək olar ki, çempionatınızın bütün oyunlarına baxıram. Türkiyədə də “Ordabası”nın “İnter”lə sınaq matçını izlədim. Məğlub olsalar da, yaxşı oynadılar.
 
- Qazaxıstan futbolunun əsas problemlərindən biri maliyyə çatışmazlığıdı. Azərbaycanda bu baxımdan vəziyyət necədi?
- Bizdə fərqlidi. Klubların yaxşı sponsorları var. Futbolumuza çoxlu pullar yatırılır.
 
- Azərbaycan klublarının büdcəsi təxminən nə qədərdi?
- Qazaxıstan klublarının büdcəsindən heç də geri qalmadığını deyə bilərəm.
 
- Sizin üçün Azərbaycanda çalışmaq daha asandı, yoxsa xaricdə?
- Mənim üçün fərqi yoxdu. Əsas nəticə qazanmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.