4 fevral 2013 17:35
“Lüksemburq kimi, Lixtenşteyn də dişimizə görə rəqibdi”
Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov futbol yığmamızın Dubay toplanışı çərçivəsində keçirdiyi Özbəkistanla sınaq matçından danışıb, eləcə də Lixtenşteynlə görüş haqda düşüncələrini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Özbəkistanla oyunda rəqib əsas heyətlə oynayırdı. Amma hiss olunurdu ki, onlar güclərini qoruyurlar. Ola bilsin ki, buna görə matç daha baxımlı alınmadı. Fikrimcə, növbəti rəqiblə - Lixtenşteynlə oyunda qələbə qazana bilərik. Bu komanda Lüksemburq kimi, dişimizə görə rəqibdi. Meydana çıxıb qələbə qazanmaq lazımdı. Əsas arxayınlaşmamaq lazımdı”.