4 fevral 2013 17:57
Xəzər Lənkəran - İnter matçının start saatı açıqlandı
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 19-cu turun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunlarını 8-10 fevral tarixləri arasında keçiriləcək.
19-cu turun proqramı ilə sizi də tanış edirik:
Əvəzedicilərin çempionatı
19-cu tur
8 fevral (cümə)
“Rəvan” – “Turan”
Bayıl Arena stadionu
AZAL – “Simurq”
AZAL Arena stadionu
“Kəpəz” – “Neftçi”
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu
9 fevral (şənbə)
“Bakı” – “Sumqayıt”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, ehtiyat meydança
10 fevral (bazar)
“Xəzər Lənkəran” – “İnter”
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu
Bütün oyunlar saat 14:00-da başlanır.
