4 fevral 2013 18:15
Qarabağ sabah Qəbələ ilə oyun üçün bir araya gələcək
Xəbər verdiyimiz kimi, “Qarabağ” artıq Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, yanvarın 9-da Türkiyəyə təlim-məşq toplanışına yollanan komanda 26 günlük hazırlığı başa vuraraq Antalya – İstanbul – Bakı reysiylə vətənə qayıdıb.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün komandaya istirahət verib. Sabahdan etibarən isə komanda bazar günü, Premyer Liqanın XIX turunda qarşılaşacağımız “Qəbələ” ilə oyunun hazırlıqlarına start verəcək.
“Qarabağ” sabah 12:00-da yığışacaq və məşqə yollanacaq.
