4 fevral 2013 18:42

“Cavid İmamverdiyev bizim istədiyimiz qədər effektli deyildi”

Futbol üzrə Azərbaycanın U-21 yığmasının baş məşqçisi Bernard Lippert əsas yığmamızın Dubaydakı düşərgəsinə təşrif buyurub. Azerisport.az xəbər verir ki, o, burda keçmiş yetirmələrinin məşqlərini, oyunlarını izləməkdədi.
 
Bu gün baş tutan məşqdən sonra isə o, bəzi məsələlərlə bağlı fikirlərini açıqlayıb: “Dubaya bütövlükə yığma komandaya baxmağa, eləcə də ötən tsikldə U-21-də çıxış etmiş oyunçuları izləməyə gəlmişəm. Onların indiki durumuna baxmaq istəyirəm. Mən bəlkə də indi Azərbaycanın ən gənc yığmasının hazırlığını izləyirəm”.
 
Lippert öz komandasının yenicə başa çatan Türkiyə toplanışından da danışıb: “Maraqlı toplanış oldu. Hazırlıqlar zamanı mən təxminən 10 yeni futbolçunu baxışdan keçirdim. Düzünü deyim ki, onların heç də hamısı xoşuma gəlmədi. “İnter”dən Fuad Bayramovu bəyəndim. Eləcə də, Türkiyə klublarından gəlmiş iki futbolçu xoşuma gəldi. Onların perspektivli oyunçu olduqlarını düşünürəm”.
 
Lippert U-21-in zəif cəhətlərindən də danışıb: “Bizim hazırda qapıçı problemimiz var. Təəssüf ki, yerli qapıçılar öz klublarında çox az forma şansı qazanırlar. Heç qapıçılarla işləyən məşqçilər də yoxdu. Heç kim öyrənmək istəmir. Ona görə də mən qapıçılar üçün xüsusi toplanış keçirməyə qərar vermişəm. Əsas yığmanın çalışdırıcısı Uli Ştayn da bu işdə bizə kömək edəcək”.
 
Almaniyalı mütəxəssis hücum xəttindən də narazıdı: “Bizdə normal hücumçu yoxdu. Bu problem ötən tsikldə də mövcud idi. Cavid İmamverdiyevi təsadüfən hücumda oynatmırdıq. Amma o da biz istədiyimiz kimi effektli deyildi. Bu mövsüm belə problemlərdən qaçmaq lazımdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.