4 fevral 2013 19:14

“Lixtenşteynlə oyunda nəticə bizim üçün çox vacibdi”

AFFA-nın baş katibi Elxan Məmmədov futbol üzrə Azərbaycan yığmasının Dubay toplanışı çərçivəsində Lixtenşteynə qarşı keçirəcəyi yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, fevralın 6-da baş tutacaq görüş öncəsi bunları dilə gətirib:

“Bu, rəsmi oyundu. FİFA-nın nəzərdə tutduğu təqvim üzrə keçiriləcək. Ona görə də bu oyunda nəticə bizim üçün çox vacibdi. Amma əsas hədəfimiz futbolçuların oyun təcrübəsinin daha da artırılmasıdı. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya ilə oyunlara yaxşı hazırlaşmalıyıq”.

Elxan Məmmədov bəzi aparıcı yığma üzvlərinin qarşıdakı görüşdə forma geyinməməsinə də münasibət bildirib. O, Kamran Ağayev, Rəşad Sadıqov, Ruslan Abışov kimi oyunçuların yoxluğu ilə bağlı bunları söyləyib:

“Yığmada artıq xeyli gənc futbolçular var. Onlar da rəqabəti artırmağa kömək edirlər. Heyətdə üç qapıçı var. Şimali İrlandiya ilə son oyunda qapımızı Səlahət Ağayev qoruyurdu. O, özünü çox yaxşı tərəfdən göstərməyi bacardı. Fikrimcə, yeni futbolçular aparıcı oyunçuların yoxluğunu hiss etdirməmək üçün əllərindən gələni edəcəklər”.
 
AFFA rəsmisi eyni zamanda toplanışda olan futbolçuların klubları ilə hansısa problem yaranmasını da mümkünsüz sayır: “Bu toplanış öncədən planlaşdırılmışdı. Eyni zamanda bizim klub məşqçiləri ilə görüşlərimiz olmuşdu. Onlarla yığmanın toplanışlarını müzakirə etmişdik. Heç bir problem və irad yoxdu. Hər şey plan üzrə gedir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.