4 fevral 2013 22:40
Ramazan gəldi, Şeriff getdi
"Rəvan” çempionata hazırlıqla yanaşı, transfer çalışmalarını da davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu Ramil Həşimzadə, Emin Mustafayev, Nodar Məmmədov və Miloş Adamoviçdən sonra 5-ci futbolçunu rəsmən heyətinə qatıb. Bu, Ramazan Abbasovdu.
2011/12 mövsümündə artıq komandanın şərəfini qorumuş Abbasov "Bakı”dan ayrılaraq "Rəvan”a qoşulub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi millinin də formasını geyinib. Belə ki, 2005-ci ildə Azərbaycan yığma komandasında debüt edən Ramazan ümumilikdə 7 matçda millinin şərəfini qoruyub.
Bu arada Şeriff Suma artıq “Rəvan”ın üzvü sayılmır. Müqavilə müddəti başa çatan syerra leoneli müdafiəçi ilə yollar ayrılıb. Baş məşqçi Ramil Əliyev afrikalı futbolçunun taktiki planlarına uyğun gəlmədiyini düşündüyündən, rəhbərlik Suma ilə vidalaşıb. Artıq Şerifflə bağlı bütün məsələlər həllini tapıb.
