4 fevral 2013 11:17

“Azərbaycan klublarından revanş almaq istəyirəm”

Gürcüstanın “Zestafoni” klubunun və “Qəbələ”nin sabiq yarımmüdafiəçisi Tornike Aptsiauri “Qarabağ”la yoxlama oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qarabağ”a iki cavabsız qolla uduzdunuz. Oyunla bağlı nə deyə bilərsiz?
- Bu, bizim toplanış çərçivəsindəki ilk oyunumuz idi. Biz fiziki hazırlıq mərhələsindəyik. Ona görə də yorğunluq var idi. Aydın məsələdi ki, rəqib bizə nisbətən daha hazırlıqlı idi. Hesab edirəm ki, ilk oyun üçün normal nəticə oldu.
 
- “Qarabağ”ın oyununu necə xarakterizə edərdiniz?
- Heyətdə yaxşı, gənc, perspektivli futbolçular var. Bildiyim qədərilə Azərbaycan çempionatı tezliklə start götürəcək. “Qarabağ” hər şeyə hazır olmalıdı. Klubun öz oyun üslubu var. Hiss olunur ki, fərqli komandadı. Mən Azərbaycanda oynadığım dövrdə olduğu kimi, bu komanda hələ də öz stilinə sadiq qalmaqdadı.
 
- Çempionlar Liqasında “Neftçi”yə qarşı keçirdiyiniz oyunları yadınızdadı?
- Bəli, əlbəttə! Bunu necə unutmaq olar?

 
- Hansı təəssüratlarınız qalıb?
- Güclü qalib gəldi. Həmin oyunlarda da “Neftçi” daha güclü oldu. Bizə gəlincə, həmin vaxt heyətlə bağlı problemlərimiz var idi. Bəzi oyunçular komandadan getdiyi halda, onları əvəzləyən yox idi.
 
- Təsəvvür edirdiniz ki, sizi məğlub edən komanda qrup mərhələsində İtaliyanın “İnter” klubu ilə səfər oyununda heç-heçə edə bilər?
- Bəli. Məsələ burasındadı ki, Azərbaycanda futbol inkişaf edir. Əvvəllər oyunçular dəvət olunurdu, stadion yox idi. Amma indi infrastruktur Gürcüstandakından çox yaxşıdı. Bizdə yalnız 3-4 klubun yaxşı şəraiti var. Azərbaycanda isə əksər klubların yaxşı maliyyə imkanları, bazası, stadionu var.
 
- İstərdiniz yenidən avrokuboklarda Azərbaycan klubu ilə qarşılaşasız?
- Bəli. Revanş almağımızı istəyirəm.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.