5 fevral 2013 00:16
Lixtenşteyn Azərbaycan ilə oyun öncəsi dörd itki ilə üzləşdi
Fevralın 6-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan millisi ilə yoxlama oyununda üz-üzə gələcək Lixtenşteyn yığması bir neçə itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, rəqibimizin birdən-birə dörd futbolçusu sıradan çıxıb.
Bunlar müdafiəçilər Martin Ştoklaza, İv Oeri, yarımmüdafiəçi Sandro Vizer və hücumçu Mario Frikdi. Onlar müxtəlif səbəblərdən Azərbaycan millisinə qarşı formaya geyinə bilməyəcəklər.
Lakin onları kimlərin əvəzləyəcəyinə dair məlumat verilmir.
