4 fevral 2013 12:15
İnter Türkiyədən qələbə ilə ayrıldı (FOTOREPORTAJ)
Xəbər verdiymiz kimi, ötən gün "İnter" Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Polşa təmsilçisi "Poloniya" ilə qarşılaşmada komanda rəqib qapısından 3 cavabsız top keçirib. "İnter"in heyətində Yuri Fomenko (2 dəfə) və Daniel Genov fərqləniblər. "İnter" bu gün vətənə qayıdır.
