5 fevral 2013 00:29
Maris Verpakovski özünə yeni klub tapdı
“Bakı”nın sabiq hücumçusu Maris Verpakovski özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun qışda yollarını ayırdığı latviyalı forvard bundan sonra Yunanıstanda çıxış edəcək.
O, “Ergotelis”lə anlaşıb. Tərəflər iyun ayının sonuna kimi müqavilə imzalayıblar.
