4 fevral 2013 12:36
Azərbaycanlı nümayəndə heyəti Atleticonun daha bir qələbəsinə şahidlik etdi
“Bakı”nın prezidenti Hafiz Məmmədovun başçılığı ilə İspaniyanın Madrid şəhərində işgüzar səfərdə olan azərbaycanlı nümayəndə heyəti “Atletico”nun daha bir oyununu izləyiblər. Azerisport.az xəbər verir ki, onlar Madrid klubunun La Liqanın son turu çərçivəsində “Betis”lə ev oyununa “Visent Kalderon” stadionunda şahidlik ediblər.
Qarşılaşma 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, həmyerlilərimiz “Atletico”nun “Sevilla” ilə kubok oyununda da (2:1) olmuşdular.
