4 fevral 2013 13:17
Qarabağ ispaniyalı forvarddan imtina etdi
“Qarabağ” baxışa çağırdığı ispaniyalı hücumçu Manuel Bleda ilə bağlı yekun qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov onu bəyənməyib.
Qeyd edək ki, Bleda komandanın məşqlərində, son sınaq matçlarında da qüvvəsini sınamışdı. O, hətta bu görüşlərdə qollar da vurmağa imkan tapmışdı. Bir ara Ağdam klubu onu göndərsə də, yenidən düşərgəsinə qaytararaq, daha bir şans vermişdi. Amma görünür, ispaniyalı hücumçu Ağdam klubunun məşqçilər korpusuna özünü tam bəyəndirə bilməyib. Bu üzdən də o, “Levante”nin əvəzedici heyətinə qayıtmalı olub.
