4 fevral 2013 14:28
Anjinin yarımmüdafiəçisi Azərbaycanda oynayacaq
“Sumqayıt” daha bir futbolçu almağa hazırlaşır. Azerisport.az xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi Rusiyanın “Anji” klubunun yarımmüdafiəçisi Eldar Cankişiyevi heyətinə qatmağa hazırlaşır.
Qeyd edək ki, bu futbolçu həm də Azərbaycanın U-19 yığmasının üzvüdü. O, ötən tsikldə yığmamızın demək olar ki, bütün görüşlərində forma geyib.
“Sumqayıt” Cankişiyevi icarə əsasında yarım illiyə öz komandasına qatmaq istəyir.
