4 fevral 2013 14:45
AFFA-dan seminar keçirilir (FOTOLAR)
Bu gün Topaz Premyer Liqası, I divizion və əvəzedici komandalar arasında çempionatın oyunlarına təyinat alan hakim-inspektor və AFFA nümayəndələri üçün seminar başlayıb. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarovun rəhbərliyi ilə AFFA-nın inzibati binasında keçirilən seminarda 62 nəfər hakim-inspektor və AFFA nümayəndəsi iştirak edir. Seminar fevralın 5-də yekunlaşacaq.
