5 fevral 2013 17:30
Berti Foqts: Mənə işləməyə imkan vermirlər
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bəyan edib ki, komandamızın aprel ayında planlaşdırılan təlim-məşq toplanışı baş tutmayacaq. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis sözügedən məsələyə münasibət bildirərkən bunları söyləyib:
“Plan üzrə apreldə də toplanış keçirmək istəyirdik. Amma o, baş tutmayacaq. Mən bunun niyə baş tutmamasınını səbəblərini sizə deyərdim. Amma yaxşısı budu siz onu Peşəkar Futbol Liqasından soruşun. Mən işləmək istəyirəm. Lakin buna heç də həmişə imkan vermirlər”.