5 fevral 2013 17:53
Foqts Ruslan Abışovun Rubinə keçidindən danışdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Ruslan Abışovun Rusiyanın “Rubin” klubuna transferindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Ola bilər ki, mənim sözlərim Azərbaycan Premyer Liqası üçün xoş alınmayacaq. Amma çox istərdim ki, bizim bütün futbolçular xaricdə çıxış etsinlər. Abışova görə çox sevinirəm. 90-cı illərdə Almaniya yığmasında işləyəndə doqquz futbolçum İtaliya A Seriyasında çıxış edirdi. O vaxt İtaliya çempionatında ən güclü birincilik idi. Ümid edirəm ki, Ruslanın Rusiya Premyer Liqasındakı çıxışı uğurlu alınacaq”.