5 fevral 2013 18:06
Berti Foqts: Futbolçulara məşqlərdə gördüklərimə əsasən qiymət verirəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah Dubayda keçiriləcək Lixtenşteyn ilə yoxlama oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə bunları dilə gətirib:
“Çox şadam ki, Azərbaycandan bura bu qədər jurnalist gəlib. Məncə, ilk dəfədi jurnalistlər yığmanın məşqlərinə bu dərəcədə maraq göstərirlər. Siz komandanın bir neçə məşqini də izləmisiz. Fikrimcə, bu, Azərbaycan futbolunun inkişafı yolunda çox önəmli məqamlardandı”.

Almaniyalı çalışdırıcı komandanın hazırlığından da danışıb: “Biz artıq bir neçə gündü birgəyik. Məşq proseslərindən həzz alıram. Klublardakı həmkarlarıma təşəkkürümü bildirirəm ki, futbolçularını yığmaya buraxdılar. Oyunçuların fiziki hazırlığı demək olar ki, eynidi. Amma bəziləri var ki, fərqlənirlər. Həm yaxşı tərəfdən, həm də pis tərəfdən. Mənə elə gəlir ki, futbolçu üç həftəlik təlim-məşq toplanışından sonra formasının pik nöqtəsində olmalıdı. Lakin mən bunu görə bilmirəm. Niyə? Bunu klublarda həmin işlərə baxan şəxslərdən soruşmaq lazımdı. Ad çəkməyəcəm. Futbolçuların fiziki hazırlığı önəmlidi. Çünki yığmanın oyunlarından sonra çempionat oyunları da var. Şadam ki, son dövrlər bəzi futbolçuların vəziyyəti yaxşılaşıb. Bu da klublardakı məşqçilərin işinin, məşqlərin bəhrəsidi”.
Foqts qapıçı məsələsinə də toxunub: “Biz bura üç qapıçı ilə gəlmişik. Emil Balayevin məşqlərdəki fədakarlığı xoşuma gəlir. Çox istedadlı oğlandı. O, doğru yoldadı. Lakin fiziki hazırlığı üzərində də işləməlidi. Kamran Ağayevə gəlincə, biz bir qədər gözləməliyik”.
Yığmamızın çalışdırıcısı daha sonra bunları söyləyib: “Belə toplanışlar mənim üçün çox vacibdi. Çünki oyunçularla danışmaq imkanı qazanıram. Futbolçular isə daim yığmaya çağırılmaq üçün hər an hazır olmalıdılar. Onların özlərinə də deyirəm ki, mətbuatın haqqınızda müsbət və ya mənfi fikir yazması mənim üçün önəmli deyil. Mən məşqlərdə gördüklərimə əsasən nəticə çıxarıram, qərar verirəm. Futbolçu bacarığını hər zaman, hər yerdə göstərməyi bacarmalıdı. Qalan heç nə mənə maraqlı deyil. Mən Azərbaycan futbolunun gələcəyini parlaq görürəm. AÇ-2016-nın final mərhələsinə düşmək şansımızın olduğunu düşünürəm. Amma buna hələ çox var və bu zaman kəsiyində çoxlu işlər görülməlidi. Gənc futbolçuların aşağı yaş qruplarından ibarət yığmalarda özlərini göstərməsi sevindirici haldı. Plan üzrə apreldə də toplanış keçirmək istəyirdik. Amma təəssüf ki, o, baş tutmayacaq. Mən bunun niyə baş tutmamasınını səbəblərini sizə deyərdim. Amma yaxşısı budu siz onu Peşəkar Futbol Liqasından soruşun. Mən işləmək istəyirəm. Lakin buna heç də həmişə imkan vermirlər”. (gülür)
- Rəşad Sadiqovun müdafiədəki çıxışını necə qiymətləndirirsiz?
- Rəşad göstərdi ki, o, bu mövqedə çıxış edə bilər. Ruslan Abışov da həmçinin. Sadiqova halaldı. İlk dəfə idi bu mövqedə oynayırdı. Mənim xoşuma gəldi. Fikrimcə, onun özü üçün də müdafiədə oynamaq yaxşı idi. Meydanı daha yaxşı görə bilirdi. Bu cür eksperimentlər davam edəcək.

- Rüfət Dadaşov və digər yeni futbolçular barədə fikirləriniz necədi?
- Rüfətin meydana çıxmasından sonra bizim təzyiqi daha da artırdığımız hiss olunurdu. Onun hətta bir neçə dəfə qol vurmaq şansı da oldu. Bu, mənim xoşuma gəldi. Amma təəssüf ki, sabah oynaya bilməyəcək. Zədəsi var. Buna baxmayaraq, meydana çıxmaq istəyir. Fiziki cəhətdən də yaxşı hazırlıqlıdı.

- Sabahkı oyunun nəticəsi FİFA reytinqində nəzərə alınacaq. Bu üzdən gənc futbolçuların meydana çıxmaq şansının az olduğunu demək olar?
- Biz həmişə gənclərə şans verməyə çalışırıq. Sabah yeni futbolçulardan Pərdis Fərcad-Azad meydanda olacaq. Kiçik zədəsi var. Mümkündü ki, ikinci hissədə Anar Nəzirov da meydana çıxsın. Elvin Məmmədov da oynayacaq. Güman ki, o, təzyiq altında olacaq. Çox güclü futbolçudu. Amma son dövrlər Elvindən narazıyam. O, bacardığını nümayiş etdirə bilmir. Elvin kimi futbolçu yığmada sərbəst olmalıdı. Əgər o, bacardığını həmişə nümayiş etdirə bilsə, yığmaya həmişə çağırılardı.
- Elnur Allahverdiyevin yığmaya qayıtmaq şansları nə dərəcədə yüksəkdi?
- Son dövrlər müdafiə xəttində dəyişikliklər baş verir. Yaxşı oyunçularımız az deyil. Rasim Ramaldanov özünü Belfastda yaxşı tərəfdən göstərə bildi. Səkkiz aydan sonra Vurğun Hüseynov da qayıdıb. Levin yaxşı futbolçudu. Elnurun milliyə qayıtması çətin olacaq.