5 fevral 2013 11:05
Azərbaycan yığmasında ispaniyalı baş məşqçi (FOTO)
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçi vəzifəsinə namizədlərdən biri kimi Patrisia Qonzaleslə aparılan danışıqlar müsbət nəticələnib. Azerisport.az xəbər verir ki, artıq yığmanın baş məşqçi vəzifəsi Patrisia Qonzalesə həvalə olunub.
Hazırda ölkəmizdə olan məşqçi artıq vəzifəsinin icrasına başlayıb. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Qeyd edək ki, Patrisia Qonzales UEFA-nın B, A və Pro məşqçi lisenziyasına malikdi. Madrid şəhərindəki Camilo Jose Cela Universitetini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. "Rayo Valekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışıb.
