6 fevral 2013 00:04

Yeni ildə ilk rəsmi sınaq

Məlum olduğu kimi, futbol üzrə Azərbaycanın əsas yığma komandası yanvarın 29-dan etibarən Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində bu gün ikinci və sonuncu yoxlama matçına çıxacaq.
 
Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi isə Lixtenşteyn seçməsidi. Qeyd edək ki, Özbəkistan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində146-cı yeri tutur. Cırtdan ölkə təmsilçisi zəif rəqib təsiri bağışlasa da, yığmamız bu komandaya heç də yuxarıdan aşağı baxmamalıdı. Düzdü, reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 118-ci pillədə qərarlaşıb) bu rəqibindən xeyli öndədi. Amma bu, lixtenşteynliləri asanlıqla yenəyəcəyimiz anlamına gəlməməlidi.
 
Millimizin rəqibinə Rene Pauriç başçılıq edir. Avstriyalı mütəxəssis 2012-ci ildən etibarən bu yığmanı çalışdırır. Rəqibimizin heyətində Türkiyə, İsveçrə, Almaniya, Avstriya və Tailand çempionatlarında çıxış edən legioner futbolçular var.
 
Azərbaycan yığmasına gəlincə, komandamız 2013-cü ildə ilk dəfədi bir araya gəlib. Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Bu üzdən də millimiz ilk qələbəsini Lixtenşteynlə görüşdə qazanmağa çalışmalıdı. Komandamız mart ayında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya yığması ilə qarşılaşacaq. Bu görüş isə həmin rəsmi oyunlar öncəsi son sınaqdı. Bu üzdən də qazanılacaq qələbə komandadakı özünəinamı artıra bilər.
 
Həm də özbəklərlə qeyri-rəsmi ilk yoxlama matçından fərqli, Lixtenşteynlə oyun FİFA-nın yoldaşlıq oyunları üçün ayırdığı “pəncərə”yə düşür. Bu isə o deməkdi ki, qeydə alınacaq nəticə reytinq mövqeyimizə təsir edəcək. Odu ki, reytinq mövqeyinə görə çox tənqid olunan Berti Foqtslu yığmamız bu şansdan maksimum yararlanmağa çalışmalıdı. Bu yolda yeganə əngəl kimi Berti Foqtsun bəzi aparıcı futbolçularımızı Dubaya aparmaması qeyd olunmalıdı.
 
Maraq üçün bildirək ki, Lixtenşteyn yığması Azərbaycan üçün tanış rəqibdi. Belə ki, bu komandalar indiyə qədər dörd dəfə üz-üzə gəliblər. Özü də bütün duellər seçmə mərhələ oyunları çərçivəsində baş tutub. Yığmamızın iki dəfə qələbə qazandığı bu görüşlərdən biri sülhlə bitib. Qalan bir oyunda isə Lixtenşteyn qələbəni bayran edən tərəf olub. Vurulan topların fərqində də yığmamız öndədi – 7:2.
 
Tərəflər arasındakı ilk oyun 2000-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 1998-ci ilin 14 oktyabr tarixində Vadutsda baş tutub. Həmin görüş Lixtenşteynin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 1999-cu il, iyunun 5-də Bakıda keçirilən qarşılaşmada isə Azərbaycan millisi 4:0 hesablı darmadağına sevinib. Bu komandalar bir də 2010-cu il dünya çempionatının seçmə mərhələsində üzləşiblər. 2008-ci ildə, sentyabrın 10-da Bakıda baş tutan dueldə qolsuz heç-heçə qeydə alınmışdı. 2009-cu ilin 10 oktyabrında Vadutsda keçirilən görüşdə isə yığmamız 2 cavabsız qolla qalib gəlmişdi.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 193-cü matçına çıxacaq. İndiyəqədərki oyunların 32-də qələbə qazanmışıqsa, 49-da da heç-heçə ilə təsəlli tapmışıq. 111 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 132 qol vurduğumuz halda, öz qapımızdan 340 top çıxarmışıq.

Yoldaşlıq oyunu
6 fevral

AZƏRBAYCAN – LİXTENŞTEYN
Baş hakim: Abdulla Əl Ajel, Həsən Sukatri, Yasim Abdull, Hamed Əl Şaik (Birləşmiş Ərəb Əmirlikləri).
Dubay. “The Sevents” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.