6 fevral 2013 00:17
Azərbaycan millisi Rusiya klubları ilə eyni qrupa düşdü
Sankt-Peterburqda keçiriləcək çimərlik futbolu üzrə beynəlxalq turnirin püşkü atılıb. Azerisport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayacaq Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Belə ki, komandamız A qrupunda Rusiyanın “Podvodnik”, ELMONT və “Golden” klublarına rəqib olub. Azərbaycan qrupdakı ilk matçını fevralın 6-da – bu gün “Podvodnik”ə qarşı keçirəcək.
Onu da bildirək ki, turnirin B qrupunda Belarus, Rostov vilayətinin yığması, eləcə də yerli “Kristal” və “Keystone” klubu mübarizə aparacaq.
