5 fevral 2013 11:14
Qarabağda braziliyalı yarımmüdafiəçi (FOTO)
“Qarabağ” heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu Belçikanın “Anderlecht” klubunun yarımmüdafiəçisi Reynaldo dos Santos Silva ilə güclənib.
Qeyd edək ki, 23 yaşlı futbolçu xeyli müddət idi ki, komandanın düşərgəsində məşq də edirdi. O, hətta İstanbulda tibbi müayinədən də keçmişdi. Ağdam klubu yeni futbolçusu ilə 3 illik müqavilə imzalayıb.
Maraq üçün bildirək ki, “Anderlecht” Reynaldonu ötən mövsüm “Westerlo”ya icarəyə vermişdi. O, burda beş oyuna bir qol vurub. “Anderlecht”də isə üç oyuna çıxıb.
Reynaldo vaxtilə “Cercle Bruges” və Braziliyanın “Nautico” klublarında da çıxış edib.
