6 fevral 2013 00:01
Lüksemburq yığmasının baş məşqçisi Azərbaycan və Ermənistan millilərini müqayisə etdi
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts Ermənistana qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan lüksemburqluların çalışdırıcısı bunları dilə gətirib:
“Ermənistan yığması yaxşı komandadı. Onlar fiziki cəhətdən zəif olsalar da, texniki cəhətdən yaxşıdılar. Hesab edirəm ki, bu komanda Azərbaycan yığması ilə müqayisə oluna bilər. Bizim üçün bu oyun Azərbaycan millisi ilə görüş qədər vacibdi. Bütün oyunlarda yaxşı nəticə qazanmaq istəyirik”.