5 fevral 2013 11:25
Yığmamızın hücumçusu Lixtenşteynlə oyunu buraxa bilər
Futbol üzrə Azərbaycan yığması Dubay toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komandamız artıq sabah baş tutacaq Lixtenşteynlə sınaq matçına hazırlıqları tamamlamaq üzrədi.
Bütövlükdə komandada vəziyyət yaxşı olsa da, bir futbolçu zədədən əziyyət çəkir. Bu, Rüfət Dadaşovdu. Hücumçu komandadan ayrı çalışır. Böyük ehtimalla o, sabahkı oyunda da iştirak etməyə bilər.
