5 fevral 2013 11:39
“Fatih Şanlının Azərbaycan yığmasındakı taleyinə hələ aydınlıq gəlməyib”
21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert Almaniyanın “Bergisch Gladbach” klubunun hücumçusu Fatih Şanlının millimizdəki debütündən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən onu baxışa çağırmışdım. Amma etiraf edim ki, Şanlını tam baxışdan keçirə bilmədik. Ona görə də bu futbolçunun Azərbaycan yığmasındakı taleyinə hələ aydınlıq gəlməyib. Onu komandanın daha bir toplanışına dəvət etməyi düşünürəm. Yalnız ondan sonra qərarımızı açıqlayacağıq”.