5 fevral 2013 12:04

“Millidə özümü göstərsəm, bu, Kaiserslauterndə əsas heyətə düşməyimə də müsbət təsir edə bilər”

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov azerisport.az saytına müsahibəsində millimizin toplanışından danışıb, eləcə də klubundakı durumuna münasibət bildirib.
 
- Yığmadan ayrı çalışırsız. Zədəniz nə dərəcədə ciddidi?
- Ayağımdakı ağrılar hələ “Kaiserslautern”in Türkiyə toplanışı dövründə də var idi. Ona görə komandamın yalnız bir oyununda iştirak edə bildim. Digərlərində isə forma geymək mümkün olmadı. Əvəzində Özbəkistanla yoxlama oyununda iştirak etmək şansı qazandım. Ümid edirəm ki, axşam məşqində hər şey qaydasında olacaq.
 
- Azərbaycan yığmasındakı debütünüz haqda nə deyə bilərsiz?
- Debüt həmişə çətin olur. Mənə isə ikiqat çətin idi. Çünki uşaqları tanımırdım. Lakin onlar məni yaxşı qəbul etdilər. Heç bir problem hiss etmədim.
 
- Öz oyununuza necə qiymət verə bilərsiz?
- Demək çətindi. Hələ öz komanda yoldaşlarımı tam anlaya bilmirəm. Meydanda anlaşmamız lazımı səviyyədə deyil. Amma debütümdən razı qaldığımı deyə bilərəm.
 
- Zədəniz “Kaiserslautern”də də sizə problem yarada bilər?
- Düşünmürəm. Hər halda baş məşqçi Franko Foda da gördü ki, tam hazır deyiləm. O, zədəmdən xəbərdardı. Digər tərəfdən “Kaiserslautern” elə komanda deyil ki, gənc komandadan əbəs yerə futbolçu çağırsın. Kim əsas komandada oynamağa hazırdısa, onlara dəvət göndərilir.
 
- Yığmamızın heyətinə cəlb olunmağınıza Fodanın münasibəti necədi?
- O, mənim yığmaya çağırılmağıma sevindi. Bu barədə Dubaya gəlməzdən öncə söhbətimiz də oldu. Əgər yığmada özümü göstərə bilsəm, bu, “Kaiserslautern”in əsas heyətinə düşməyimə də müsbət təsirini göstərə bilər.
 
- Mart ayında Lüksemburq və Portuqaliya ilə oyunlar var. Nə gözləyirsiz?
- Ümid edirəm ki, Berti Foqts məni də həmin oyunlara dəvət edəcək. Fikrimcə, Lüksemburqu səfərdə məğlub edə biləcəyik. Portuqaliya haqda isə ondan sonra danışarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.