5 fevral 2013 12:26
Cavid İmamverdiyev: Bu oyunda qələbə bizə əlavə stimul verə bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyev millimizin Dubay toplanışından və sabah baş tutacaq Lixtenşteynlə sınaq matçından danışıb. “Neftçi”nin gənc futbolçusu azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“Hazırlıqlar yaxşı gedir. Təəssüf ki, Özbəkistanı məğlub edə bilmədik. Qol vəziyyətlərimiz oldu. Amma bəxtimiz gətirmədi. Bizi qarşıda Lixtenşteynlə vacib oyun gözləyir. Bu oyunda qələbə komandaya vacib qarşılaşmalar ərəfəsində əlavə stimul verə bilər. Axı bizi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla görüş gözləyir”.