5 fevral 2013 12:38
Trabzonspor Ruslan və Şamillə bağlı qərarını açıqladı
Türkiyənin “Trabzonspor” klubunun aşağı yaş qrupu üzrə koordinatoru Özkan Sümer Trabzon təmsilçisinin gənclərdən ibarət komandasında baxışda olan “Sumqayıt”ın iki futbolçusu – Ruslan Nəsirli və Şamil Camaləddinovla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, adları çəkilən oyunçuların “Trabzonspor”da bir həftə baxışda olduqlarını, sonra Antalyada hazırlıq prosesində olan yığmamızın düşərgəsinə qatıldıqlarını bildirib.
“Baş məşqçimizin raportunda mərkəz hücumçusu Ruslan Nəsirli haqda müsbət fikirlər var. Bunu yazılı olaraq, onun klubuna da bildirmişik. Hər iki futbolçunun 18 yaşı hələ tamam olmayıb. Ona görə də fərqli prosedurlar ortaya çıxır”.
Klub nümayəndəsi “Sumqayıt”ın başqa bir futbolçusu Orxan Əliyev haqda da danışıb: “Onunla bağlı önəmli məlumatlar almışdıq. Amma zədəli olduğu üçün onu izləyə bilmədik. Orxanı baxışdan keçirmək üçün vaxt müəyyənləşdirməsək də, diqqətimizdə olan futbolçudu”.
