5 fevral 2013 12:56
Rasim Ramaldanov: Bizə nəticə qazanmaq lazımdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rasim Ramaldanov millimizin Dubay toplanışından və sabah baş tutacaq Lixtenşteynlə sınaq matçından danışıb. “Simurq”un futbolçusu azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“Lixtenşteynlə görüşdə yaxşı oyun gözləyirəm. Bu, yoldaşlıq matçıdı. Amma bizim üçün nəticə həmişə önəmlidi. Oyuna yaxşı hazırlaşmaq üçün gözəl imkanımız vardı. Hər cür şərait yaradılıb. İndi nəticə qazanmaq lazımdı. Fikrimcə, Lixtenşteyni məğlub edəcək gücdəyik. Bu oyunu qazansaq, Lüksemburqla mart ayında keçiriləcək DÇ-2014-ün seçmə mərhələ matçına da yaxşı əhval-ruhiyyədə hazırlaşa biləcəyik”.
