6 fevral 2013 00:45
Ruslan Abışov oynamadı, Rubin uduzdu
Futbol üzrə Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun müqavilə bağlamağa hazırlaşdığı “Rubin” komandası İspaniyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Rumıniyanın “CFR Cluj” komandasıyla görüşüb.
Tatarıstan klubu qarşılaşmadan 0:1 hesabı ilə məğlub ayrılıb.
Ruslan Abışov bu görüşdə iştirak etməyib. Qeyd edək ki, həmyerlimiz bir neçə gün öncə burnundan əməliyyat olunduğu üçün hələ ümumi hazırlıqlarda iştirak edə bilmir.
