5 fevral 2013 13:26

Cavid İmamverdiyev: Biz Lixtenşteyndən güclüyük

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyev millimizin Dubay toplanışından və sabah baş tutacaq Lixtenşteynlə sınaq matçından danışıb. “Neftçi”nin gənc futbolçusu azerisport.az saytına müsahibəsində öncə bunları dilə gətirib:
 
- Hazırlıqlar bir qədər çətindi. Çünki bütün futbolçular bura öz klublarının təlim-məşq toplanışından yorğun gəliblər. Amma komandada yaxşı atmosfer var. Bu da milliyə uyğunlaşmağa şərait yaradır. Yığmamızı çətin bir il gözləyir. Ona görə də hazırlaşmağımız lazımdı.
 
- Yəqin ki, sizin üçün ikiqat çətindi?
- Bəli. İlk günlərdə vəziyyətə uyğunlaşmağa çalışırdım. Amma komanda üzvləri məni yaxşı qəbul etdilər. Hər şey çox yaxşıdı. Milli komandaya faydalı olmaq istəyirəm. Özü də təkcə yoxlama oyunlarında yox, həm də rəsmi görüşlərdə.
 
- Özbəkistanla görüşdə komanda qələbə qazana bilmədi...
- Bizim rəqibə nisbətən üstünlüyümüz var idi. İki real qol vurmaq şansımız da oldu. Amma alınmadı. Bu oyun artıq geridə qalıb. Ona görə də bizə sadəcə sabahkı oyunu düşünmək lazımdı.
 
- Lixtenşteyn bizimlə oyuna bir sıra əsas oyunçularının yoxluğunda çıxacaq. Bu, Azərbaycanın görüşün favoriti olmasına əsas verir?
- Şanslar bərabərdi. Bizim də bir sıra əsas heyət oyunçularımız yoxdu. Buna baxmayaraq, daha heç-heçə etmək istəmirik. Bizi yalnız qələbə qane edəcək.
 
- Sizcə, Rəşad Sadıqov, Kamran Ağayev və Ruslan Abışovun yoxluğunda komandamız qələbə qazana biləcək?
- Lixtenşteyn yaxşı komandadı. Onlara hörmətlə yanaşırıq. Əminəm ki, onlar da qələbə qazanmaq istəyir. Amma biz onlardan güclüyük və bunu meydanda da isbatlamalıyıq. Bu, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı oyun öncəsi son sınağımızdı. Qələbə bizi FİFA reytinqində də irəli sala bilər. Qələbənin qiyməti yüksəkdi. Təbii ki, aparıcı üç futbolçunun yoxluğu işimizi çətinləşdirir. Lakin gənc futbolçuların da isbatlamaq istədiyi nələrsə var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.