5 fevral 2013 13:54
Elvin Məmmədov: Lixtenşteyn ilə qələbə qazanmaq istəyirik
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədov millimizin Dubay toplanışından və sabah baş tutacaq Lixtenşteynlə sınaq matçından danışıb. “Simurq”un futbolçusu azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“Bu, bərabər səviyyəli komandaların oyunudu. Bizim yığmamız üçün zəif rəqib yoxdu. Fikrimcə, biz Özbəkistanla oyundakından daha yaxşı çıxış edə bilərik. Proqnoz verməyəcəm. Amma qələbə qazanmaq istəyirik”.
