6 fevral 2013 01:55
Yığmamızın rəqibi Ermənistan ilə sülh bağladı
Futbol üzrə Lüksemburq yığması yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan bu komanda Ermənistanla sınaq matçında qüvvəsini sınayıb.
Fransada keçirilən görüş sülhlə başa çatıb.
Qeyd edək ki, Lüksemburq DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də yığmamızla qarşılaşacaq.
Yoxlama oyunu
Yoxlama oyunu
5 fevral
Lüksemburq – Ermənistan – 1:1
Qollar: Mutş, 15 (1:0), Manuçaryan, 43 (1:1)
