6 fevral 2013 19:51
Azərbaycan Lixtenşteyni məğlub etdi (YENİLƏNİB)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan yığması bu gün 2013-cü ildə növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, fevralın 1-də Özbəkistanla oyunda qolsuz heç-heçəyə razılaşan millimiz bu dəfə Lixtenşteyn yığması ilə qarşılaşıb.
Xatırladaq ki, bundan öncə millimiz Lixtenşteynlə müxtəlif vaxtlarda dörd dəfə rəsmi oyunda üz-üzə gəlmişdi. Bu qarşılaşmalardan ikisində yığmamız, birində isə Lixtenşteyn qələbə qazanmışdı. Daha bir oyun heç-heçə nəticələnmişdi.
Bu dəfə isə qələbəni Azərbaycan bayram edib.
Yoxlama oyunu
5 fevral
AZƏRBAYCAN – LİXTENŞTEYN - 1:0 (0:0)
Qol: V.Cavadov, 75-pen.
Baş hakim: Abdulla Əl Ajel (Birləşmiş Ərəb Əmirlikləri).
AZƏRBAYCAN: Səlahət Ağayev, Vurğun Hüseynov, Rəşad Sadiqov, Maksim Medvedev, Bədavi Hüseynov, Rasim Ramaldanov, Elvin Məmmədov, Cavid İmamverdiyev, Rüfət Dadaşov, Cihan Özkara, Rauf Əliyev.
Ehtiyat oyunçular: Anar Nəzirov, Emil Balayev, Elhad Nəziri, Vaqif Cavadov, Rahid Əmirquliyev, Vladimir Levin, İlkin Qırtımov, Cavid Hüseynov, Qara Qarayev, Pərdis Fərcad-Azad, Cavid İmamverdiyev, Eşqin Quliyev.
LİXTENŞTEYN: Peter Yele, Andreas Kristen, Daniel Kaufman, İvan Kintans, Frants Burqmayer, Mişel Polverino, Tomas Bek, David Hasler, Nikolas Hasler, Filip Erne, Matias Kristen.
Ehtiyat oyunçular: Olcay Gür, Eris Burak, Seyhan Yıldız, Çengiz Biçer, Frans-Yoef Foqt.
Oyun başladı
3. Yığmamız ilk dəqiqələrdən fəaldı
5. Rauf Əliyev yaxşı şans qazansa da, topu qapıya göndərə bilmir
10. İlk dəqiqələrdən topa nəzarəti ələ keçirən komandamız hücumlarını davam etdirir
11. V.Nadirovun qüvvətli zərbəsi qapı tirindən qayıdır
16. Lixtenşteynlilərin ilk hücumu korner, bu korner isə uğursuz başa çatır
19. R.Əliyev daha bir real qol şansını boşa verir
25. Oyun artıq mərkəzdə keçməyə başlayıb
28. V.Nadirovun cərimə zərbəsi qapının üstündən keçir
31. E.Məmmədov oyunda ilk sarı vərəqənin müəllifi olur
36. R.Dadaşov rəqib qapısına yol tapsa da, hakimlər ofsayd olduğunu bildirirlər
40. Yığmamızın təzyiqləri bəhrə vermir
45. İlk yarının əsas vaxtına bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
Ikini hissə başladı
46. S.Ağayevi A.Nəzirov, R.Dadaşovu P.F.Azad, V.Hüseynovu R.Əmirquliyev əvəzləyir
49. V.Nadirovun qüvvətli zərbəsini qapıçı kornerə çıxarır
51. Əllə oyuna görə hakim rəqib qapısına penalti təyin edir
52. R.Sadiqovun zəif zərbəsini qapıçı ayaqları ilə geri qaytarır
64. C.Özkaranı V.Cavadov əvəzləyir
69. Cavadovun təhlükəli zərbəsi qapıdan azacıq yan keçir
73. V.Nadirov C.Hüseynovla əvəzlənir
74. Rəqib futbolçu qapıya gedən topun qarşısını əllə aldığı üçün qırmızı vərəqə ilə meydandan qovulur
75. Təyin olunan penaltini bu dəfə Vaqif Cavadov yerinə yetirir və dəqiq zərbə ilə hesabı açır - 1:0
77. Burqmayer də sarı vərəqə alır
80. R.Əliyevin baş zərbəsi dəqiq olmur
82. Yığmamız rəqib müdafiəçinin kobud səhvindən sonra ikinci qolu vurmağa çox yaxın olsa da, futbolçularımız inanılmaz fürsəti dəyərləndirə bilmirlər
88. Korner zamanı E.Məmmədovun həlledici zərbəsi qapıdan aralı keçir
90. E.Məmmədovu Q.Qarayev əvəzləyir
90+1. R.Əmirquliyevin zərbəsi qapının üstündən keçir
Matç başa çatdı
