5 fevral 2013 14:36
AZAL amerikalı və serbiyalı futbolçularla müqavilə bağlayır
AZAL qış fasiləsi dönəmində iki transferlə kifayətlənəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu serbiyalı Vladimir Boqdanoviç və amerikalı Con Uilyamsla müqavilə bağlamağa hazırlaşır.
Hər iki yarımmüdafiəçi hazırda viza və digər problemləri yoluna qoymaqla məşğuldu. Bunu komandanın baş məşqçisi Vaqif Sadıqov açıqlayıb:
“Onlarla ilkin danışığımız olub. Hər iki futbolçu viza məsələsini yoluna qoyan kimi, müqavilə bağlayacağıq. Minimum ilyarımlıq müqavilə bağlamağa hazırlaşırıq. İndidən dəqiq deyə bilmərəm. Amma böyük ehtimalla onlar “Simurq”la 19-cu turun oyununda meydana çıxa bilməyəcəklər”.
