5 fevral 2013 14:49
“Lixtenşteynlə matçda həm yaxşı oyun sərgiləmək, həm də nəticə qazanmaq lazımdı”
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rasim Ramaldanov millimizin Dubay toplanışından və sabah baş tutacaq Lixtenşteynlə sınaq matçından danışıb. “Simurq”un futbolçusu azerisport.az saytına müsahibəsində öncə bunları dilə gətirib:
- Hər şey yaxşıdı. Hava şəraiti də əlverişlidi. Bizim üçün burda normal hazırlaşmağa hər cür şərait yaradılıb.
- Bura birbaşa “Simurq”un düşərgəsindən – Antalyadan gəlmisiz. Yorulmamısız?
- İlin əvvəlində yorğunluq normal haldı. Amma komanda, futbolçular tədricən forma yığırlar.
- İlin əvvəlində yorğunluq normal haldı. Amma komanda, futbolçular tədricən forma yığırlar.
- Yığmamızın Özbəkistanla oyununu necə şərh edə bilərsiz?
- Fikrimcə, pis oynamadıq. Xeyli qol epizodlarını dəyərləndirə bilmədik. Fikrimcə, sərgilədiyimiz oyuna görə qələbə qazanmalı idik. Sadəcə, hücumları daha məntiqi sonluqla başa çatdırmağımız lazımdı.
- Fikrimcə, pis oynamadıq. Xeyli qol epizodlarını dəyərləndirə bilmədik. Fikrimcə, sərgilədiyimiz oyuna görə qələbə qazanmalı idik. Sadəcə, hücumları daha məntiqi sonluqla başa çatdırmağımız lazımdı.
- Lixtenşteynlə oyundan nə gözləyirsiz?
- Bizə bu qarşılaşmada həm yaxşı oyun sərgiləmək, həm də nəticə qazanmaq lazımdı. Fikrimcə, hər ikisinə nail ola bilərik.
- Bizə bu qarşılaşmada həm yaxşı oyun sərgiləmək, həm də nəticə qazanmaq lazımdı. Fikrimcə, hər ikisinə nail ola bilərik.
- Bu, Lüksemburq və Portuqaliya ilə oyunlar öncəsi son sınaqdı. Sizcə, qarşıdakı oyunlardan neçə xal toplamağımız mümkündü?
- Fikrimcə, altı-yeddi xal toplaya bilərik.
- Fikrimcə, altı-yeddi xal toplaya bilərik.
- İki oyuna yeddi xal?
- (gülür) Mən tsiklin bütün qalan oyunlarını nəzərdə tuturdum. Lüksemburqla həm evdə, həm də səfərdə qələbəyə oynayacağıq. Daha bir xalı isə digər komandalardan biri ilə ev oyununda əldə etməyimiz mümkündü.

- Yayda “Simurq”la avrokuboklarda oynamağınız istisna deyil. Sizcə, komandanızın bu baxımdan şansları nə dərəcədə yüksəkdi?
- Şanslarımız heç də pis deyil. Əgər belə oynamağa davam etsək, avrokuboklara vəsiqə qazanacağıq. Sonrasına da baxarıq.