5 fevral 2013 15:57
Lixtenşteyn millisinə daha üç futbolçu çağırıldı
Futbol üzrə Lixtenşteyn yığmasının baş məşqçisi Rene Pauriç komandaya yeni futbolçular dəvət edib. Azerisport.az xəbər verir ki, sabah Dubayda Azərbaycan millisi ilə sınaq matçında üz-üzə gələcək lixtenşteynlilərin heyətinə Seyhan Yıldız və Burak Eris, o cümlədən Lukas Eberli də çağırılıb.
Qeyd edək ki, Lixtenşteynin heyətində müxtəlif səbəblərdən Martin Ştoklaza, İv Oeri, Sandro Vizer və Mario Frik yığmamıza qarşı forma geyə bilməyəcək. Elə baş məşqçi də məhz bu boşluğu aradan qaldırmaq üçün yeni futbolçulara dəvət göndərməyə qərar verib.
