5 fevral 2013 16:05
Türkmənistan yığmasının iki futbolçusu Kəpəzdə
"Kəpəz" Bakıda məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, Gəncə klubu dünəndən başlayaraq yenidən gündə iki dəfə hazırlıq keçir.
Futbolçular səhər və günortadan sonra baş məşqçi Mahmud Qurbanovun rəhbərliyi altında məşqlərə çıxırlar. "Dalğa Arena"da keçirilən məşqlərdə əsasən taktiki-texniki çalışmalara üstünlük verilir.
Bu arada komandanın düşərgəsində Türkmənistan yığmasında çıxış edən iki futbolçu təşrif buyurub. Onlar Gəncə klubuna yenicə qoşulublar. Yeni futbolçular bu gün komanda ilə ilk məşqə də çıxacaqlar. Biri müdafiəçi, digəri yarımmüdafiəçi olan futbolçularla bağlı qərar yaxın günlərdə açıqlanacaq.
