5 fevral 2013 16:41

“Çıxışım Foqtsun xoşuna gəlsə, rəsmi oyunlarda da müdafiədə oynamağım istisna deyil”

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində millimizin Dubay toplanışından və sabah baş tutacaq Lixtenşteynlə sınaq matçından danışıb.
 
- Klubunuzun Antalyadakı düşərgəsindən gəldiyinizi nəzərə alsaq, Dubay toplanışına qatılmaq çətin olmadı ki?
- İlk günlərdə çox çətin idi. Amma sonradan hər şey qaydasına düşdü. Çətinliklər normaldı. Toplanış zamanı futbolçu yorğun ola bilər.
 
- Özbəkistan və Lixtenşteynlə yoldaşlıq oyunları barədə nə deyə bilərsiz?
- Bu matçlar təcrübə toplamaq baxımından önəmlidi. Xüsusilə də gənc futbolçular üçün. Yoxlama oyunlarının komandadakı anlaşma səviyyəsini yaxşılaşdırmaq baxımından əhəmiyyəti çox böyük olur.
 
- Özbəkistanla oyunda mərkəz müdafiəçisi kimi meydana çıxmışdınız...
- Hə. Bu, bir qədər mənim üçün yenilik oldu. Oyundan öncə Berti Foqts dedi ki, məni bu mövqedə oynatmaq istəyir. Amma o, eyni zamanda hücumlara daha çox dəstək verməyimi tələb edirdi. İrəli də getməliydim.
 
- O, bu eksperimentdən razı qaldı?
- Bəli. Çıxışımla bağlı ondan heç bir irad eşitmədim.
 
- Lixtenşteynlə oyunda da müdafiədə oynayacaqsız?
- Yəqin ki, elə olacaq. Əgər bu mövqedəki çıxışım Foqtsun xoşuna gəlsə, istisna deyil ki, rəsmi oyunlarda da müdafiə xəttində yer alım.

- Sizcə, Lixtenşteynlə oyunda nəticə nə dərəcədə önəmlidi?
- Bizə qələbə qazanmaq lazımdı. Bu, Lüksemburq və Portuqaliya ilə oyunlar öncəsi çox vacibdi. Həm də bu oyunun nəticəsi FİFA reytinqindəki mövqeyimizə təsir edə bilər. Sabah bütün komanda meydana yalnız qələbə üçün çıxacaq.
 
- Özbəklərlə oyunda çoxlu qol şanslarını boşa verdiniz. Sabah da eyni hal təkrarlana bilər?
- Özbəkistanla matç bizim üçün ilin ilk oyunu idi. Komandamız həmin vaxt yerli şəraitə yenicə uyğunlaşmağa başlamışdı. Eyni zamanda futbolçular arasında da anlaşma səviyyəsi yüksək deyildi. Sabah isə daha yaxşı oynayacağımı düşünürəm.
 
- Kamran Ağayev, Rəşad Sadıqov, Ruslan Abışov kimi futbolçuların yoxluğu komandamızın çıxışına nə dərəcədə təsir edə bilər?
- Onlar həqiqətən komandamıza lazımlıdılar. Amma indi Azərbaycanda xeyli gənc futbolçu var ki, onlar rəqabəti gündən-günə artırırlar. Onları da nə vaxtsa yoxlamaq lazımdı. Məhz belə oyunlar yenilərin təcrübə qazanmasına şərait yaradır. Təcrübəlilər isə gec-tez karyeralarını başa vuracaqlar. Onların da yerini indiki gənclər tutacaqlar. Düzdü, sözügedən futbolçular mart ayında rəsmi oyunlara dəvət olunmalıdılar. Amma yenə də yekun qərar məşqçilərə məxsusdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.